Yuxarı

Azərbaycanda üçgünlük tətil üçün 7765 manat - Şok qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən otellər qiymətlərini açıqlayıblar.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, builki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və otellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox otellərin tətil paketi 2 gecə 3 gün olduğu halda, bəzilərində 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər “dodaq uçuqladır”.

Qiymətlərə diqqət edək:

Yeni İli “Cənnət Bağı Altıağac” İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.

1-ci paket:

Tarixlər: 30.12.2019-02.01.2020 (3 gecə-4gün )

Qiymət: 335 AZN (1 nəfər üçün)

2-ci paket:

Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə - 5 gün)

Qiymət: 410 AZN (1 nəfər üçün)

Qiymətə Daxildir:

• Oteldə gecələmə;

• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)

• Yeni İL Qala gecəsi

• Əyləncələr: • Şaxta Baba və Qar Qız;

Şamaxı Palace Şaradil hoteli

Burda 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.

Qiymətə daxildir:

- qidalanma 3 dəfə;

- oteldə qalma;

- şou proqram;

- Yeni il gecəsi şam yeməyi.

Quba Palace Otel

27, 28, 29, 30 dekabr, eləcə də 2, 3, 4 yanvar tarixlərində 1 gecə-2 gün oteldə qalmaq istəyənlər üçün (2 nəfər) tariflər aşağıdakı kimidir:

Deluxe dağ mənzərəli otaq - 270 AZN

Deluxe göl mənzərəli otaq - 290 AZN

Qiymətə daxildir:

Oteldə gecələmə (2 gecə-3 gün), (1 gecə-2 gün)

Qidalanma:

31 dekabr (nahar və Qala Şam yeməyi)

1 yanvar (Səhər və şam yeməyi)

Şou proqram

Fitness və SPA xidmətləri

Şəkidə yerləşən "Marxal Resort" oteli

Dekabrın 30-dan yanvarın 2-nə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və Yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

2 gecəlik qiymətlər:

Standart otaq (eyvansız) - 1560 manat (2 nəfərlik)

Standart otaq (eyvanlı) - 1610 manat

Triple - 2225 manat

Deluks suite otaq - 1780 manat

Orta ölçülü villa (6 nəfər) - 4700 manat

Böyük ölçülü villa (8 nəfər) - 5990 manat

3 gecəlik qiymətlər:

Standart otaq (eyvansız) - 2035 manat (2 nəfərlik)

Standart otaq (eyvanlı) - 2110 manat

Triple - 2880 manat

Deluks suite otaq - 2365 manat

Orta ölçülü villa (6 nəfər) - 6135 manat

Böyük ölçülü villa (8 nəfər) - 7765 manat.

Tarix
2019.11.10 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla