Yuxarı

Bakı polisi yayılan videoya reaksiya verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisi yayılan videoya reaksiya verdi

09:38

Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

"Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib. Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib”, - E.Hacıyev qeyd edib.

Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər küçədə yolu bağlayıb, maşınların hərəkətinə problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər.

Tarix
2019.11.13 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

Ermənistan və İran TRİPP-lə bağlı razılaşdı

Ermənistan Azərbaycandan qaz almaq istəyir

İlham Əliyev Naxçıvana getdi - Video

Bakı və Vaşinqton arasında mühüm görüş

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla