Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Avqust 2020


Ordumuzda yerli zirehli gödəkçə sınaqdan keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buta Armor” şirkətinin istehsalı olan zirehli gödəkçə və dəbilqələr Azərbaycan Ordusunda sınaqdan keçirilib.

Axar.az xəbər verir ki, bu barədə "AzeriDeference"yə şirkətin direktoru Ramin Əhmədov məlumat verib.

Orduda keçirilən sınaqlar zamanı müəyyən olunmuş məsafədən zirehli gödəkçəyə 7.62×54 mm çaplı SVD markalı snayper tüfəngindən, 7.62×39 mm çaplı AKM avtomatından, həmçinin 9×19 mm çaplı tanançadan atəş açılıb.

"Sınaqlar zamanı balistik lövhələrin və panellərin deşilməsi baş vermədi. Bütün güllələr saxlanıldı və sapma olmadı. Lövhədə şişkinlik səviyyəsi 35 millimetrdən az oldu”, - deyə R. Əhmədov bildirib.

Zirehli gödəkçə ilə yanaşı dəbilqə də yüksək qoruma səviyyəsini sınaqlarda təsdiqləyib. 9×19 mm çaplı tapançadan edilən atışlar zamanı dəbilqənin deşilməsi və şişkinlik baş verməyib. Sınaqların nəticələri aktlaşdırılıb.

Qeyd edək ki, "Buta Armor” 2018-ci ildə Bakıda dünyada zirehli gödəkçələrin istehsalı sahəsində tanınan Bolqarıstanın "MARS Armor” şirkətinin texnologiyası əsasında zirehli gödəkçələrin və dəbilqələrin istehsalı müəssisəsini yaradıb. Şirkətin istehsal etdiyi ziehli gödəkçələr bundan əvvəl Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən sınaqlardan keçirilib.

Tarix
2019.11.14 / 00:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pensiya alanlara şad xəbər

Goranboyda gizli nişan keçirmək istəyənlər tutuldu

"Bandotdel"dən əməliyyat: Silahlar ələ keçirildi

Konstitusiya Məhkəməsinin Plenumu qərar verdi

Şənbə günü hava necə olacaq?

DTX-nin həbs etdiyi Həsənov: hardan hara… - Dosye

"Papanin" stansiyası və Xocasən deposunda görülən işlər...

Oğlu şantaja görə tutuldu, özü vəzifəsindən istefa verdi

Xeyli insan bu sahədə işlə təmin olunacaq - Deputat

Uşaqlara bu adların verilməsi qadağan olundu

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla