Yuxarı

Bir toydan 10 min alan müğənni... – MM-də etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər çox mütərəqqidir. Təkcə Prezidentin deyil, xalqımızın da Mikayıl Cabbarovdan gözləntiləri çoxdur. Azərbaycanda islahatlar uğursuzluğa düçar olsa və xalqın buna inamı itsə, ölkədə xoşagəlməz proseslər başlaya bilər. Düşünürəm ki, dəyişiklikləri edərkən son dərəcə ehtiyatlı olmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev səsləndirib.

“Komitə iclasında Azərbaycan iqtisadiyyatında himayəçiliyə son qoymalıyıq. Təəssüflər olsun ki, bugünkü dəyişikliklərdə biz bunun əlamətini açıq görürük. 2-ci maddədə edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Çox gözəl, amma biz 106 və 164-cü maddələrdə müşahidə edirik ki, sənaye parklarında olan regidentlər əvvəl 7 il vergidən azad edilmişdi, indisə bu müddət qaldırılır. Bu da 2-ci maddənin ruhuna ziddir. Yəni burada azadolmalar fərdi xarakter daşıyır. Bu, əslində, həmin parkların himayə olunmasıdır. Oradakı sahibkarlarla digər sahibkarları müqayisə edəndə görərik ki, onları nə qədər qeyri-adekvat vəziyyətdə qoyuruq”.

Deputat bildirib ki, Bakının rayonlarla müqayisəsində disbalans ciddi görünür:

“Həmkarlarımla Göyçaya Nar Bayramına gedirdik. Rayonun girəcəyində dayanan əksər avtomobillər sovet istehsalı olan “Jiquli”lər idi. Həmkarlarım da razılaşdı ki, rayonlarda iqtisadi durum, sahibkarlıq pis vəziyyətdədir. Ona görə rayonlara vergi güzəştləri nəzərdə tutulmalıdır, nəinki iri sənaye parkalarına”.

Deputat əlavə edib ki, 106 və 164-cü maddədə də eyni hal müşahidə edilir:

“Qeyd olunur ki, heyvan və quş əti vergidən azaddır. Bəs digər quş əti istehsal edənlər neyləsin? Bazarda biri digəri ilə müqayisədə malını 1 manat ucuz satsa, o birinin malı əlində qalacaq. Belədə hansı rəqabət mühüti yaranır ki?

164.1.48-də Formula-1 yarışları ilə əlaqədar bağlanan mal, iş və xidmət yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilir. Bu da fərdi güzəştdir və 2-ci maddənin ruhuna ziddir. Hesab edirəm ki, bu himayəçilikdir və onların qəbul edilməsinə səs verməməliyik.

77-ci maddədə qeyd edilir ki, yeni nəzarət kassa aparatları qoyularsa, onlar vergi öhdəlikləri ilə əvəzləşdirilir. Hesab edirəm ki, vətəndaşların vergi inamını artırmaq üçün ilk növbədə səyyar satış nöqtələrindən (“tolkuçka”) başlamaq lazımdır. Hamı bilir ki, bu satış yerlərini kim himayə edir, orada 100 milyonlarla vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Halbuki Prezident dəfələrlə sahibkarların yalnız vergi verməsi gərəkdiyini açıqlayıb. İnsanlar görsə ki, belə yerlərdə vergi nizam-intizamı yaradıldı, kiçik və orta sahibkarlar problemsiz vergi öhdəliklərini həyata keçirəcəklər.

Dəfələrlə burada məsələ qaldırmışam, Mikayıl müəllim, sizə hökumətin üzvü kimi müraciət edirəm. Bakının mərkəzi doludur köşklərlə. Özü də əhalinin ən çox istifadə etdiyi yerlərdə. Gözəl köşklərdir. Amma köşklərdə “Reklam haqqında” qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülür. Bu, xarici turistlər qarşısında ölkəmizin geridə qalmışlığının nümunəsidir. Dünyanın heç bir yerində siqaret bu formada, şəhərin mərkəzində reklam olunmur. Siqaretin satışı ilə kim məşğuldur, bu köşklər kimə məxsusdur məsələsini siz aradan qaldırsanız, camaat görəcək ki, qanunlar hamı üçün eynidir. Yoxsa insanlar bunu görməyincə və inanmayınca, bu səylər heç bir nəticə verməyəcək”.

Qüdrət Həsənquliyev toy vergiləri haqqında da danışıb:

“Diqqətinizə cəlb etmək istədiyim digər məqam toylarda sadələşdirilmiş vergilərlə bağlıdır. Məsələn, video və fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Burada müğənnilərin adı çəkilmir, qeyd edilir ki, aparıcılıqla məşğul olan şəxslər. Mən bilmirəm bu araşdırmanı kim aparıb. Amma elə müğənnilər var ki, 10-15 min manata toya gedir. Bu halda 30 manat sadələşdirilmiş vergi necə ola bilər? Ən primitiv video çəkiliş 200 manatdır. Yaxud fotoqraf hər toya görə 50 manat alır. Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən 30 manat? Bu nə dərəcədə ədalətlidir? Hesab edirəm ki, ikinci oxunuşa qədər bu məsələyə baxa bilərik. Ümumiyyətlə, hesab edirəm ki, digər dəyişikliklər çox mütərəqqidir. Dediyim məsələlər nəzərə alınsa, mən bu layihəyə səs verəcəyəm”.

Tarix
2019.11.14 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla