Yuxarı

Alya Yaqublu: Müsavatı xilas etməyin tək yolu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alya Yaqublu: Müsavatı xilas etməyin tək yolu...

Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır.

Report xəbər verir ki, bunu Müsavatçı Qadınlar Birliyinin eks sədri, müsavatçı Tofiq Yaqublunun qohumu Alya Yaqublu öz Feysbuk hesabında yazıb.

Almaniyada müsavatçıların siyasi mühacir alverinə görə həbs edilmələrinə münasibət bildirən A.Yaqublu vurğulayıb ki, Azərbaycandan mühacir axını çoxalandan sonra Almaniya hökuməti gedənlərin hər biri haqqında Azərbaycandakı müxtəlif təşkilatlara, o cümlədən, hakimiyyətə sorğular göndərməyə başlayıb:

"Baş Prokurorluq, təxminən, 3 il əvvəl bununla bağlı cinayət işi açıb, partiya rəhbərlərini çağırıb sorğu-sual edib".

Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.

Tarix
2019.11.14 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla