Yuxarı

Kamal Abdulla Çin nümayəndə heyəti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Çin nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Çin Xalq Respublikasının Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, nümayəndə heyəti ÇXR-in yaranmasının 70 illiyi münasibətilə ÇXR hökumətinin “Bir kəmər – bir yol” təşəbbüsünün həyata keçirilməsi çərçivəsində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin, OULU Pekin Beynəlxalq Təhsil Mərkəzinin və ADU-nun dəstəyi ilə Pekin Bələdiyyəsinin Təhsil Komissiyası tərəfindən təşkil olunan Pekin Təhsil sərgisində iştirak edib. Sərgidə Tibb Universiteti, Neft-Kimya Texnologiyaları İnstitutu, İnformasiya Elmləri və Texnologiyaları İnstitutu və s. daxil olmaqla, Pekinin 15 aparıcı təhsil müəssisəsi təmsil olunub.

Qonaqları universitetdə görməkdən şad olduğunu deyən rektor Kamal Abdulla Azərbaycanla Çin arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. ADU-nun Çindəki müxtəlif universitetlərlə əlaqələri dəstəklədiyini, onların daha da dərinləşdirilməsinə və genişləndirilməsinə dəstək verdiyini diqqətə çatdırıb.

Kamal Abdulla qonaqlara ADU-nun Çinin aparıcı universitetləri ilə təhsil və elmi əlaqələrinin genişləndirilməsi, universitetdə çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin uğurla hazırlanması barədə məlumat verib.

Pekin Bələdiyyə təhsil komissiyasının Maliyyə Departamentinin direktoru Fan Çjunvey, Pekin şəhər orta məktəbin beynəlxalq əlaqələr üzrə kordinatoru Çi Kay, Pekin Beynəlxalq Təhsil mübadiləsi mərkəzinin müdiri Cia Quan Xuey təmsil etdikləri müəssisələrin iş prinsipi, fəaliyyət istiqamətləri, həmçinin Çin təhsil sistemi haqqında ətraflı məlumat veriblər.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr də aparılıb.

Görüşdən sonra qonaqlar ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu da ziyarət ediblər.

Tarix
2019.11.14 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kayanı Cübbəli ifşa etmişdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla