Yuxarı

Zeynəb Xanlarova Milli Məclisə niyə gəlmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürür:

"Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm. Hazırda komitənin iclası keçirilir və mən də iclaslara qatılmaq üçün Yunanıstanın Olimpiya şəhərindəyəm. Bu iclas 4 ildən bir keçirilir. Deputatların bir çoxu üzrlü səbəblərə görə parlamentin iclasılarına qatıla bilmirlər. Yoxsa hansısa deputatın evdə oturub iclaslara qatılmaması deyilən bir şey yoxdur”.

Ağacan Abıyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın parlamentin komitə və plenar iclaslarına qatılmamasına da aydınlıq gətirib: "Zeynəb Xanlarova plenar iclaslara qatılır. Hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur. Təbii ki, sağlamlıq məsələlərində kiməsə töhmət verilmir. Bu məsələlər qanunla tənzimlənir”.

Qeyd edək ki, Zeynəb Xanlarova parlamentin dünən keçirilən plenar iclasına da qatılmayıb.

Tarix
2019.11.15 / 12:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla