Yuxarı

Fransadan Almaniyaya qaytarılan Rafael deportasiya edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadan Almaniyaya qaytarılan Rafael deportasiya edilir

Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rafael Priyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək.

Report-un məlumatına görə, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib.

O, hazırda hava limanının yaxınığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır.

R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb.

Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.

Xatırladaq ki, Rafael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirirək, barəsində deportasiya qərarı verib.

R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.

Tarix
2019.11.15 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla