Yuxarı

“Azəriqaz” yumşaldı: borcu ödənilmədi, amma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:51

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə olan borc məsələsi həll olunmayana qədər qazın açılışına icazə verilməyəcək.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar gedir:

"Razılıq əldə olunması ilə bağlı deyilənlər doğru deyil. Razılıq sənədləri olub, amma bu razılıq faktiki borcun nə qədər olması barədədir. Amma borc ödənilməmiş qazın verilməsi barədə razılıq olmayıb və hazırda da danışıqlar aparılır. Noyabrın 1-nə olan məlumata görə, "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan artıq borcu var. Borc danışıqları bitməyincə, qazın verilməsindən söhbət gedə bilməz".

Xatırladaq ki, Azəristiliktəchizat ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev demişdi ki, “Azəriqaz”a olan borc vətəndaşa təsir etməyəcək.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi "Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Axar.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında məlumat verilib.

Tarix
2019.11.16 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla