Yuxarı

Kür çayında suyun səviyyəsində kəskin artım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-30 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-90 faizini təşkil edir.

Departamentdən Axar.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 59 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 133 santimetrə bərabərdir. Salyan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 59 santimetr olub. Bankədə suyun səviyyəsi 8 santimetr artaraq 147 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 35 santimetr olub. Surra məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 314 santimetrə bərabər olub.

Tarix
2019.11.16 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla