Yuxarı

Hər semestr 40-50 tələbə maliyyələşdiriləcək - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ildə iki dəfə doktorantura səviyyəsində təhsil üçün sənəd qəbulu elan ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər semestr ərzində təxminən 40-50 tələbənin maliyyələşməsi nəzərdə tutulub:

“Bu il 100-ə qədər tələbə bu proqramdan yararlana biləcək. Növbəti illərdə müraciət çox olarsa, bu rəqəm artırıla bilər.

Proqram Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək. Tələbələrə ayrılacaq vəsait ölkəyə və universitetə görə fərqlənəcək. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə ödənişsiz təhsil alan şəxslər bu proqrama müraciət edə bilməz.

Tarix
2019.11.18 / 15:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla