Yuxarı

Sabah bu ərazilərə yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə noyabrın 20-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Tarix
2019.11.19 / 13:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla