Yuxarı

Millət vəkili qadınlara səsləndi: Uğura gedən yol...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından tutmuş həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var.

Axar.az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, millət vəkili Qənirə Paşayeva “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda məruzə ilə çıxış edərkən deyib. O bildirib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

Deputat çıxışı zamanı Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatda və biznesdə rolunun artırılması istiqamətində görülən işləri və bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Q.Paşayeva uğur qazanmaq istəyən qadınlarımızı ilk növbədə özünə güvənməyə, arzularına inanmağa səsləyib və bunu uğura gedən yolun açarı adlandırıb.

Ölkəmizdə bu gün qadınlara yaradılan imkanların daha da artdığını vurğulayan millət vəkili xanımlarımızı daha fəal olmağa səsləyib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Tarix
2019.11.19 / 13:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla