Yuxarı

Ayazın yerinə təyin edilən tanınmış jurnalist kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

Axar.az xəbər verir ki, bu vəzifəyə əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib.

Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" adlı elmi monoqrafiyanın və yüzlərələ məqalənin müəllifidir. "1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir" adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Əməkdar jurnalistdir. "Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi" adlı 3 hissəli sənədli filmin müəllifidir.

"Azadlıq" qəzetində, "Seys" və ANS telekanallarında işləyib.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb.

2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tuturdu.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, bundan öncə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsini tanınmış jurnalist Ayaz Mirzəyev icra edirdi. O baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə bu gün vəzifəsindən azad olunub.

Tarix
2019.11.19 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla