Yuxarı

Hava soyuyur: güclü yağış, qar... - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Tarix
2019.11.19 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla