Yuxarı

Bakının iqlimi dəyişir? - Akademikdən mühüm açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iqlim dəyişmələri fonunda isti hava dalğalarının sayı xeyli artıb, soyuq hava dalğalarının sayı isə bir qədər azalıb.

Axar.az xəbər verir ki, bu sözləri Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, 1961-1990-cı illərdə, yəni baza dövrünü əhatə edən 30 il ərzində Bakıda cəmi 2 isti hava dalğası qeydə alınıb və onların davamiyyəti 6 gündən çox olmayıb. Sonrakı 25 il ərzində isə 17 isti hava dalğası hadisəsi müşahidə edilib. Onlardan da 14-ü son 14 ildə baş verib.

R.Məmmədov əlavə edib ki, 1961-1990-cı illərlə müqayisədə 1991-2014-cü illərdə soyuq hava dalğalarının orta sayında nisbi azalma müəyyən edilib.

Akademikin bildirdiyinə görə, 1971-1990-cı illərdə soyuq hava dalğalarının sayı 58, son iki onillikdə isə 51 olub:

“Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”.

R.Məmmədov qeyd edib ki, baza dövründə Bakıda soyuq hava dalğalarının orta davamiyyəti 5,5 gün, maksimum 6 gün olduğu halda, 1991-2015-ci illərdə orta davamiyyət 7,3 gün, maksimum davamiyyət isə 2010-cu ildə 24 gün təşkil edib. Soyuq hava dalğalarının orta davamiyyəti baza dövründə 4,5 gün, ən uzun dalğanın davamiyyəti 31 gün (1972-ci il) təşkil etdiyi halda, son onilliklərdə orta davamiyyət 4,4 gün, maksimal davamiyyət isə 21 gün (2012-ci il) olub:

“İki dövrün müqayisəli təhlili göstərir ki, iqlim dəyişmələri fonunda isti hava dalğalarının davamiyyəti də xeyli artıb, soyuq hava dalğalarının orta davamiyyətdə azalması statistik əhəmiyyətli olmayıb. 1961-ci ildən 1978-ci ilədək isti hava dalğası qeydə alınmayıb. 1979-cu ildən 1997-ci ilədək cəmi 3 isti dalğa olub, son onilliklərdə isə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Ən güclü dalga 2010-cu ildə olub”.

Akademik bildirib ki, Bakıda isti hava dalğalarından fərqli olaraq, soyuq hava dalğalarının illər üzrə qeyri-bərabər paylanması müşahidə edilir:

“İki dövr arasında aparılan təhlil göstərir ki, orta qiymətlərdə statistik əhəmiyyətli dəyişiklik yoxdur. 2008 və 2012-ci illərdə anomal soyuqlar müşahidə edilsə də, davamiyyəti və gücünə görə baza dövründəki 1969 və 1972-ci illərin qışı daha soyuq keçib”.

Tarix
2019.11.19 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla