Yuxarı

Naxçıvan öz-özünü necə təmin edə bilər? – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan öz-özünü necə təmin edə bilər? – Təklif

Son illər ərzində Naxçıvanda iqtisadiyyatın bütün istiqamətləri üzrə yüksəliş baş verir. Yerli istehsal artır, ixrac potensialı genişlənir və büdcənin yerli gəlirləri də müvafiq olaraq artır.

Bu sözləri Axar.az-a açıqlamasında professor Fikrət Yusifov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edən zaman muxtar respublikanda növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlərin aparılması barədə fikirlərini şərh edərkən deyib. O bildirib ki, Naxçıvanın gəlirlərini artırmağın bir neçə yolu var:

“Naxçıvanla bağlı danışarkən unutmaq olmaz ki, Azərbaycanın bu mühüm strateji əhəmiyyətli bölgəsi bu gün də blokada şəraitindədir. Bu gün Naxçıvan öz gözəlliyi ilə nümunəvi bir bölgəyə çevrilib. Muxtar Respublika həyatının bütün sahələrində kifayət qədər inkişaf mövcuddur və bunu danmaq mümkün deyil. Lakin bir həqiqət var ki, Naxçıvan iqtisadiyyatının inkişaf sürəti ilə onun ümumi inkişaf sürəti arasında müəyyən bir uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluğu aradan qaldırmağın bir neçə yolu var. Onlardan biri Türkiyə və İranla həmsərhəd olan Naxçıvanda azad iqtisadi zonanın yaradılması ola bilər. Naxçıvan bütün parametrləri ilə belə bir zonanın yaradılması üçün olduqca əlverişli bölgədir. Əgər bu addım atılarsa, Naxçıvan nəinki öz gəlirləri ilə öz xərclərini örtə bilər, o, hətta dövlət büdcəmizin gəlirlərinin formalaşmasında belə öz sözünü demək imkanı qazanar”

Tarix
2019.11.20 / 15:25
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla