Yuxarı

“Akkord” binalarında qaraj müəmması - Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Akkord” binalarında qaraj müəmması - Şikayət

"Akkord" şirkətinin Bakıxanov qəsəbəsindəki binalarında qarajlar sakinlərə satılır.

Axar.az-a məktub göndərən bir qrup sakin qeyd edir ki, "Uğur-2" kompleksinin 8 yaşayış binasında avtomobil qarajları istifadəyə verilmir. Sakinlərin sözlərinə görə, qarajlar satışa çıxarılıb və qiymətlərin fantastik bahalığına görə kimsə almaq istəmir.

"Bu binaların sakinləriyiksə, qarajları da mənzil sahiblərinin istifadəsində olmalıdır. Qaraj dükan, ya obyekt deyil ki satasan? Heç bir qanuna istinad olunmadan bu addımı atırlar. Belə çıxır ki, qarajlar bu binaya və burada yaşayanlara aid deyil. Artıq 8 binada 1800 mənzil var ki, təqribən neçə avtomobilin binaların həyətində dayandığını təsəvvür etmək olar. Kompleksin elə bir geniş sahəsi də yoxdur ki, maşınlar rahat hərəkət edə bilsin".

Sakinlər yazırlar ki, kompleksin həyətində sıxlıq yaranıb: "Maşınlar girib-çıxa bilmir. Hətta binaların dörd yanı maşınla mühasirəyə alınır. Yaxınlıqdakı şadlıq evinə qədər maşın karvanı uzanır".

Məsələ ilə əlaqədar Akkord şirkətlər qrupununun mətbuat xidmətinin əməkdaşı Bəhruz Əliyev Axar.az-a açıqlamasında xəbəri təkzib etdi. Onun szölərinə görə, qarajlar satılmır:

""Uğur 2" yaşayış kompleksində olan qarajlar hazırda satışa çıxarılmayıb. Qarajların hələlik istifadəyə verilməməsinin səbəbi tamamlama işlərinin yekunlaşmamasıdır. Bu məsələ həll edildikdən sonra qaraj istifadəyə veriləcək".

Tarix
2015.02.01 / 09:00
Müəllif
Nigar, Emin
Digər xəbərlər

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla