Yuxarı

Şəhid ailəsinə Prezidentdən böyük jest - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonunun Məmmədli kəndində şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiyi tam təmirli iki otaqlı mənzillərdən birinin açarları şəhid ailəsinin üzvü Eldarova İradə Yusif qızına təqdim edilib.

“Dünən bu barədə bizə zəng vurub xəbər edəndə sevincimizdən göz yaşlarımızı saxlaya bilməmişik. Neçə illər idi ki, Sabunçu rayonun Bakıxanov qəsəbəsində 9 nəfər qaynımın üç otaqlı evində yaşayırdıq. İllər keçir, uşaqlar böyüyür, kiçik otaqlar bu qədər ailə üzvünün tələbatını ödəyə bilmirdi”, - deyə İradə xanım sevincini Azərtac-ın müxbiri ilə bölüşüb.

O, söhbətinə davam edərək deyib: “Bu yaxınlarda oğlum Ayazı nişanlamışıq. Onun harada, necə yaşayacağı məni o qədər narahat edirdi ki... Ana ürəyidi də! Amma inanın ki, elə bil ürəyimə dammışdı ki, bizə bir nicat qapısı açılacaq. İndi çox məmnunam. Prezident İlham Əliyevə, bizə bu mənzilləri ayıran Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, bu işdə zəhməti keçən hər kəsə ailəmiz adından böyük minnətdarlığımızı çatdırırıq. Dövlət bu addımı ilə bir daha göstərdi ki, heç kimi tək qoymur. Biz də arxamızda belə bir dövlətin olduğuna, ölkəmizdə insan amilinin yüksək tutulduğuna, vətəndaşların sosial ehtiyaclarını bu şəkildə qarşılandığına görə çox böyük qürur hissi duyuruq”.

Xatırladaq ki, İradə Eldarova Qarabağ şəhidi Rasim Eldarovun həyat yoldaşıdır. Rasim 1993-cü il avqustun 23-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Tarix
2019.11.20 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla