Yuxarı

Polis bıçaqlandı, cinayət işi başlandı – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.

Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib.

Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E.İsmayılov K.Ağayevi bıçaqlayıb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, bıçaqlanan K. Ağayev mühafizə polisinin əməkdaşı olub.

Tarix
2019.11.21 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla