Yuxarı

Bərdədə ağır yol qəzası: ölən var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə ağır yol qəzası: ölən var - Foto

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS press-in məlumatına görə, hadisə rayonun Mehdili kəndi ərazisində qeydə alınıb.

Mingəçevir Bəhramtəpə magistralının 69-cu kilometrliyində "Ford" və VAZ-2106 markalı avtomobilər toqquşub. Zərbənin təsirindən "Ford" markalı maşın yoldan çıxaraq kənara aşıb.

Bərdənin Hacıbəyli kənd sakini 44 yaşlı Azər Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobildəki sərnişin 70 yaşlı Aslan Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Aralarında azyaşlı da olan 4 nəfər yaralı hadisə şahidlərinin köməkliyi ilə Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, "Ford"un sürücüsü, rayonun Şirvanlı kənd sakini Fəxri Əliyevin vəziyyəti ağırdır. 13 yaşlı Fuad Məmmədovun ayağı sınıb.

Digər yaralılar, Azər Məmmədov və Hicran Məmmədovaların vəziyyəti kafi qiymətləndirilir.

Qəzaya "Ford"un sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2015.02.01 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla