Yuxarı

Bakının bu əraziləri niyə “donur”? – Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi 19, Əli Kərim küçəsi 5 və Binəqədi rayon, Mir Cəlal küçəsi 43-də sakinlər evlərin istiliklə təmin edilməməsindən şikayətləniblər. Onlar bildiriblər ki, noyabrın 15-də evlərə istilik veriləcəyi deyilsə də, təxminən 1 həftə keçməsinə baxmayaraq, hələ də problem həllini tapmayıb.

Bu barədə Axar.az-a müraciət edən sakinlər evlərin həddin artıq soyuq olduğunu, bunun yaşamı mümkünsüz etdiyini vurğulayıblar.

“Gecə evlər çox soyuq olduğu üçün yata bilmirik. Noyabr 1-15 arası Azəristiliktəchizat ASC-dən gəlib, beş-altı yer qazıb yoxladılar və hər şeyin qaydasında olduğunu bildirdilər. Lakin noyabrın 15-də binaya istilik verilmədi və səbəb olaraq 50-60 metr su xəttinin dəyişilməli olduğunu göstərdilər. Amma heç bir iş görülmədi. 7 nömrəli İstilik İdarəsi ilə əlaqə saxladıq. Söz verdilər ki, su xətləri dəyişiləcək və qısa zamanda mənzillər istiliklə təmin olunacaq. Amma bu problem həllini tapmadı”, - Bakıxanov qəsəbəsi sakinləri bildiriblər.

Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məsələ ilə bağlı saytımıza bildirib ki, sözügedən problemlər araşdırılıb qısa zamanda həll ediləcək:

“Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nərimanov küçəsi 19 və Əli Kərim küçəsi 5 ünvanında olan problemlər tez bir zamanda, bəlkə də bu gün həll olunacaq və vətəndaşların mənzilləri istiliklə təmin ediləcək.

Mir Cəlal 43 ünvanında isə binalara istilik verilib. Lakin ola bilər ki, hansısa mənzilin xətlərində problem var və buna görə də mənzildə istilik yoxdur. Hansı vətəndaşın belə bir problemi varsa, xahiş edirik, “956” nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlayıb, bizə şikayətini bildirsin”.

Tarix
2019.11.21 / 17:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla