Yuxarı

“Erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirildi

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə saxta “erməni məsələsi”ni tədqiq edən alimlər, keçmiş səfirlər, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Avrasiya Araşdırmalar Mərkəzinin sədri Alev Kılıç AVİM-in davamlı olaraq təşkil etdiyi konfransların əhəmiyyəti, o cümlədən budəfəki tədbirin məruzəçisi tədqiqatçı alim Qafar Çaxmaqlı Mehdiyevin yaradıcılığı barədə danışıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, görülən işlər Azərbaycanın və Türkiyənin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasına böyük töhfə verir.

Sonra Türkiyənin Erciyes Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyev mövzu ilə bağlı məruzə edib. Erməni millətçi dairələrinin Türkiyədə və Azərbaycanda törətdikləri tarixi cinayətlər barədə məlumat verən alim bu toplumdan olan şəxslərin faşist Almaniyası ilə əməkdaşlığının səbəb və məqsədlərindən bəhs edib. O əsaslandırıb ki, erməni-nasist əməkdaşlığı uzun illər dünya ictimaiyyətinin diqqətindən kənar qalıb. Bu məsələ məhz Azərbaycanda aparılan tədqiqat işləri nəticəsində ortaya çıxarılıb. Hazırda dünya elm ictimaiyyəti, eləcə də tarixçilər bu mövzunun araşdırılmasına ciddi diqqət göstərirlər.

Konfrans müzakirələrlə başa çatıb.

Tarix
2019.11.21 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla