Yuxarı

Mehdiyevin bu postuna təyinat nə vaxt olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin bu postuna təyinat nə vaxt olacaq?

Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq.

Axar.az xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü hüquqşünas Əliməmməd Nuriyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunub Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsindən sonra Əfv Komissiyasının sədri postunun boş qalması ilə bağlı Musavat-com-a açıqlamasında deyib.

Ə.Nuriyev komissiya üzvlərinin prezident tərəfindən təyin olunduğunu və onun tərəfindən də azad edildiyini bildirib:

“Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. İndiyə qədər Prezident Administrasiyası rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi mövcuddur. Bu, prezidentin hüququndan doğan bir məsələdir. Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir”.

Tarix
2019.11.22 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla