Yuxarı

BDU rəhbərliyi tələbənin dəfninə gedəcək? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU rəhbərliyi tələbənin dəfninə gedəcək? – Açıqlama

11:42

Ötən gün BDU-nun yataqxanasında zəhərlənərək ölən Fizika fakültəsinin 4-cü kurs tələbəsi, Qusar rayon sakini 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova dəfn mərasimində universitet rəhbərliyi və kollektiv iştirak edəcək.

Bu barədə Axar.az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova deyib.

Qeyd edək ki, bir qədər əvvəl mətbuat katibi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən iki tələbənin də vəziyyətinin artıq normallaşdığını bildirərək, yaxın günlərdə onların evə buraxılacağını söyləyib. P.İbrahimova bu gün səhər universitetin rektorunun və müşavirinin xəstəxanada tələbələrin yanında olduqlarını bildirib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib. İlkin ehtimal kimi onların qidadan (konserv, suşi, kartof qızartması) zəhərləndiyi deyilib.

Qaldıqları yataqxanada huşsuz vəziyyətdə aşkarlanan qızlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, tələbələrdən biri isə dünyasını dəyişib.

Tarix
2019.11.22 / 12:35
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla