Yuxarı

Xırdalanda avtobus yeni qazılmış yolda batdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalanda avtobus yeni qazılmış yolda batdı - Foto

Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb.

Bu barədə Report-a rayon sakinləri məlumat verib.

Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb.

Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddətdir Xırdalan şəhərinin əksər küçə və prospektlərində qazıntı işləri aparılır.

Tarix
2019.11.22 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla