Yuxarı

Zakir Qaralov 6 rayonun əhalisi ilə görüşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Qaralov 6 rayonun əhalisi ilə görüşəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 13-də saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Tarix
2015.02.02 / 10:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla