Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
9 Dekabr 2019


Bakıda Şeyxin evi uçdu: rəsmilər hadisə yerində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binasının divarı uçub.

Axar.az xəbər verir ki, xalq artisti Şeyx Əbdül Mahmudbəyovun ailəsi də daxil olmaqla, sözügedən binada yaşayan 14 ailə küçədə qalıb.

Xalq artisti saytımıza açıqlamasında bildirib ki, FF2011 adlı MTK-nın sahibi Tamilla İbrahimova binanın qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu günə qədər təhlükəsizlikləri üçün hansısa tədbirlər görməyib:

“Səhər saat 6 radələrində gurultuya ayıldıq. Əvvəlcə elə bildik, zəlzələ olub. Bir neçə dəqiqədən sonra qonşunun səsinə gəldik ki, binanın əsas arxa divarı uçub. Bu binanın sökülməsi ilə bağlı Prezident İlham Əliyev tapşırıq vermişdi. 10 il bundan əvvəl bu binanı sakinlərdən xəbərsiz FF2011 adlı MTK alıb. Hələ o zaman MTK sahibinə sabiq BŞİH başçısı Hacıbala Abutalıbov tapşırdı ki, Şeyxi oradan köçürt, əks təqdirdə sənin sərəncamını ləğv edəcəyəm. Lakin o xanım bizi aldatdı. Əgər alıbsa, ya buranı tikməlidir, ya da tikmək istəyən iş adamlarına şərait yaratmalıdır. Burada böyük cinayət baş verir. 10 ildir qorxu içində yaşayırıq. Bizim faciəmiz FF2011 MTK ilə bağlıdır. FF2011 MTK bizim evlərin yaxınlığında elə 10 ilə yaxındır bina tikir, amma o da yarımçıq qalıb. Maraqlıdır, 10 ilə onu tamamlaya bilmirsə, bu ərazinin problemini nə vaxta həll edəcəklər?! Buranı tikmək üçün iş adamları tərəfindən təkliflər olur. Lakin MTK sahibi ilə razılıq əldə edə bilmədikləri üçün biz belə qəzalı vəziyyətə düşən evdə yaşayırıq”.

Şeyx Əbdül onu da qeyd edib ki, hadisə ilə bağlı rəsmilər əraziyə gəlsə də, hələ qərar verilməyib:

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nəsimi rayon icra başçısı Asif Əsgərov da işi nəzarətə götürüb. MTK rəhbəri Tamella İbrahimovanın oğlu da buradadır. Lakin hələ ki, ortada konkret iş yoxdur”.

Hadisə yerinə gələn FF2011 MTK-nın sahibi Tamilla İbrahimovanın oğlu Fərrux İbrahimov saytımıza açıqlamasında bildirib ki, sakinlərin köçürülməsi və yeni binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməyib:

“MTK sahibi Tamilla İbrahimova səhhəti ilə bağlı buraya gələ bilmədi. Bu səbəbdən sakinlərin şikayəti ilə maraqlanmaq üçün mən gəldim. Bu ərazinin alınması barədə qanuni sənədlər bizim əlimizdir. Tikinti üçün Şəhərsalma və Arxitektura İdarəsi Hacıbala Abutalıbovun vaxtında bizə icazə verdi və biz də lazım olan sənədləri topladıq. Sakinlərə yaxınlaşıb onları köçürtmək istədiyimizi deməyə hazırlaşırdıq ki, bizə dedilər, işi saxlayın və heç kimi köçürtməyin. Ərazidə tikinti aparanda Şəhərsalma və Arxitektura İdarəsi bizim işimizi saxladı. Bizə icazə vermədikləri üçün işimiz yubanır. İndi biz sakinlərin problemini həll etmək üçün çıxış yolları axtarırıq. Hələlik onların kirayə evlərə köçməsi üçün pul ödəniləcək. Aidiyyəti qurumlarla müzakirə aparıldıqdan sonra bu barədə yekun qərar veriləcək”.

Nəsimi rayon icra başçısı Asif Əsgərov hadisə yerində sakinlərlə görüşüb. O, görüş zamanı deyib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və problemin aradan qalxması üçün tezliklə qərar qəbul ediləcək:

“Bu məsələ ilə bağlı ciddi tapşırıqlar verdim. Bina 1908-ci ildə tikilib və həqiqətən qəzalı vəziyyətdədir. Onun tikintisi palçıq və daşla aparılıb. Onsuz da bir gün problem çıxacaqdı. Bu gün bütün sakinlərə kirayə haqqı ödəniləcək. Biz bunu şirkətin üzərinə öhdəlik qoymuşuq. Bu gün şirkətin və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri burada sakinlərin problemlərini araşdıracaqlar”.

Tarix
2019.11.26 / 14:29
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

ABŞ səfirliyinin attaşesi Bakıda qəzaya düşdü

Faktiki hava: Yağış ən çox hara yağır?

Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı

Bakıda bacı və qardaş bıçaqlandı

Azərbaycan təyyarəsi qəzaya uğradı? - Rəsmi

İşgəncəyə məruz qalan uşaqlarla bağlı araşdırma başladı

Bakıda hansı yollarda tıxac var?

İtalyan nəşri Bakı aeroportundan yazdı

İşgəncə verilən uşaqların babası: TV-yə getdik, pul istədilər - Foto

Astarada ev yandı: 1 nəfər yanaraq öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla