Yuxarı

Siz necə, homos-sovetikuslar?!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siz necə, homos-sovetikuslar?!

İMPERİYA MAHNILARI

Oleq Qazmanovu oxuduğu mahnıya görə kəskin qınayan latışlar keçmiş müttəfiq respublikaların - bir vaxtlar qardaşlıq ittifaqına daxil olan indiki müstəqil dövlətlərin əvəzindən Rusiyaya rəsmi etiraz ediblər. Səbəb çox sadədir - onları həyacanlandıran rus müğənnilərinin keçmişdən qalan repertuarıdır. Söhbət təkcə köhnə qrammafonların səslənməsindən getsəydi, pribaltlar bəlkə də onların üstündən keçərdilər. Lakin Vladimir Putinin yuxuları da siyasi olduğundan onun iştirakı ilə keçirilən hər bir tədbir şahmat gedişi və ya gizli əməliyyat hesab olunur.

Oleq Qazmanovun günahı rusun "Konstitusiya Günü"ndə Prezidentin qarşısında "SSRİ-də yaradılmışdır" mahnısını ifa etməsidir. İş ondadır ki, sözlərini və musiqisini özü yazan müəllifin əsərinin nəqarətində sadalanan adlar keçmiş sovet dövlətinin bütün coğrafiyasını əhatə edir. Qafqazlardan Sibirə, Latviyadan Qazaxıstana qədər Qazmanovun ağrı və nostalji hissləri ilə xatırladığı Vətənin - Sovet İttifaqının hüdudlarına daxildir və o, bu əraziləri "öz ölkəsi" hesab edir.

Putinin mədəniyyət siysətçiləri belə hesab ediblər ki, dövrün ruhuna düşən və bəlkə də ukraynalılar daxil, digər xalqların meydanlarda ruslarla bir olmaq istəməyənlər üçün Qazmanov əsil lirika dərsi keçmişdir. Həqiqətən də təsirli və sadə sözlərdən ibarət olan mahnı 70 illik kommust hakimiyyətinin ideoloji basmaqəliblərindən daha da irəli gedərək müasir gerçəkliyi dürüst ifadə etməyə çalışmışdır. Məsələn, oliqarxları və yoxsulları, güc və xəyal qırıqlığını xatırladan sənətkar birgə udulan müharibədən, Avropanın o vaxtlar Sovetlər Birliyinə qoşulmasından (indi isə əksinə proses gedir) və dünyanın ən gözəl qadınlarından bəhs edərək, sabiq dostlara səslənir ki, geri qayıdın! Çox sentimentaldır, deyilmi?

Görün, indi nə qədər müğənni, artist, teatr xadimi və İttifaq qastrolçuları böyük bir məkanı itirdiklərinə görə acı təəssüf hissi keçirirlər?!

Latışlar Qazmanovu ittiham edir ki, ötən əsrin 40-cı illərində işğal edilərək SSRİ-yə qatılan və indi azadlıq əldə edən Latviyanı təzədən qəsb etmək üçün zəmin hazırlamağa, düşüncə stereotiplərini dirçəltməyə çalışır və müasir siyasi xəritəni nəzərə almır. Ona görə "arzuolunmaz şəxsə" çevrilən musiqiçiyə sözügedən ölkəyə giriş qadağan ediləcəkdir. Lakin Qazmanov bütün bunlara reaksiyasını növbəti mahnıya çevirmək və düşüncədə azad olduğunu nümayiş etdirmək qərarındadır.

İmperiyanın bütün atributlara SAHİB OLMAQ İSTƏRKƏN, İLK NÖVBƏDƏ, ASAN MƏDƏNİ SİLAH OLAN MAHNILARDAN FAYDALANMASI TAMAM TƏBİİDİR. Lakin keçmiş Sovet xalqlarından hər biri Qazmanovun dilində və üslubunda minlərlə əsəri tarixin arxivinə atsa da, yaddaşından tamam silə bilməyib.

Siz necə, dostlar, 1991-ci ilədək doğulan homos-sovetikuslar və müstəqillik balaları - hansı imperiya mahnılarını bilirsiniz?

Hə, dahi Lenindən, müdrik Stalindən, ucsuz-bucaqsız bir məmləkətin vəsfindən, yaxud pioner-komsomol dünyasından nələri xatırlayırsınız? İmperiya mədəniyyəti deyib də unutmağa çalışdığınız və vaxtilə qırmızıqalstukluların himninə çevrilmiş "Vzveytes kostrami" mahnısını ifa edə bilərsinizmi?

Tarix
2013.12.16 / 00:25
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla