Yuxarı

SOCAR 420 işçisini dənizdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR 420 işçisini dənizdən çıxardı

Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

Bu barədə Axar.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

“Hava şəraiti normallaşandan sonra əməkdaşlarımız iş yerlərinə qaytarılacaq”, - deyə İ.Əhmədov əlavə edib.

Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mehman Mehdiyev bildirib ki, ASCO-nun donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

“Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”, - deyə M.Mehdiyev əlavə edib.

Xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Qeyd edək ki, SOCAR dünəndən etibarən dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyə tədbirlərinə başlamışdı.

Tarix
2019.12.02 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla