Yuxarı

Siyəzəndə narkotik satan şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyəzəndə narkotik satan şəxs həbs edildi

Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb. Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

S.Məhərrəmov dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2019.12.02 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla