Yuxarı

Bakıda daha bir 200 manatlıq əskinaz saxtakarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir 200 manatlıq əskinaz saxtakarlığı

Azərbaycanda ən böyük əsginaz nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əsginazla bağlı ikinci hadisə qeydə alınıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əsginaz vasitəsilə hesablaşıb.

Pulun saxta olduğunu satıcı sonradan, əsginaza diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.

Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar.

Tarix
2019.12.02 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla