Yuxarı

Nazir: Onlar dil üzrə qəbul imtahanından azad ediləcəklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Onlar dil üzrə qəbul imtahanından azad ediləcəklər

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlara malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər.

Axar.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub:

"Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil".

Tarix
2019.12.04 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla