Yuxarı

Polisin saxladığı şəxs özünü öldürdü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin saxladığı şəxs özünü öldürdü - Yeniləndi

21:23

Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib.

Tərtər rayon Polis Şöbəsindən verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb.

Hadisədən dərhal sonra rayonda vəziyyətin gərginləşdiyi barədə xəbər yayılıb. APA xəbər verir ki, S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gəlib, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün incident yaranıb. İnsidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib.

Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov isə Tərtərdə gərginlik olması xəbərini təkzib edib: "Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir".

Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: "Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib".

R.Məcidov rayonda iğtişaş baş verməsi barədə bəzi saytlarda yazılanların həqiqəti əks etdirmədiyini qeyd edib.

Tarix
2015.02.04 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla