Yuxarı

BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

Axar.az xəbər verir ki, zəhərlənmə nəticəsində dünyasını dəyişən Şəkər Xasmətovanın yaxın qohumu Samir İsayev Musavat.com-a açıqlamasında deyib ki, ailələri ekspertizanın cavabını gözləyir:

“Bu gün işi aparan müstəntiqlə danışdım. Dedi ki, istintaq gedir, ekspertizanın cavabını gözləyirlər. Biz də elə həmin cavabı gözləyirik. Ekspertizanın cavabının 30 günə məlum olacağını deyiblər. Həmin tarix də bu ayın 20-sinə düşür. Bizə bildiriblər ki, Baş Prokurorluq məsələni nəzarətə götürüb, orada istintaq qrupu yaradılıb və onlar da işi araşdırırlar. Yataqxanada antisanitariya vəziyyəti hökm sürür. Yataqxananın mətbəxi, hamamı, elə yaşamaq üçün otaqları da yaxşı halda deyil. Yəni elə vəziyyətdədir ki, oranı təmir etmək olmaz. Gərək söküb, yenidən tikəsən. Orada siçanlar da istədiyin qədərdir. İldə iki dəfə buna görə yataqxananı dərmanlayırlar. Yəqin ki, mətbuatda bu dərmanları nəzərdə tuturlar. Zəhərlənən digər qızlarla bizim söhbətimiz olmayıb. Onlarla müstəntiq danışıb. Qızlar müstəntiqə deyiblər ki, qatıq, makaron, kartof yeyiblər. Bu qidalardan da zəhərlənmə olmur. Ona görə də ilk gündən də biz bunun qida zəhərlənməsi olmadığını demişik. Toksikoloqlarla danışan zaman da bizə dedilər ki, qida zəhərlənməsində ağızdan qan gələ bilməz. Deyə bilmərik ki, bu, dərman zəhərlənməsidir. Doğrudur, həkimlər gəlib, iynə vurublar. Ancaq vurduqları iynə də zəhərləmir. Ondan əvvəl dərman içiblərmi? Bunu da bilmirik. Deyilənə görə, qızlardan biri daha da pis olub və buna görə təcili tibbi yardıma müraciət ediblər. Həmin həkimlər qızlara zəhərlənmə diaqnozunu qoyublar. Bəs niyə sakitləşdirici iynə vurublar? Bunu başa düşmürük. Suallarımız çoxdur, cavab verən isə yoxdur”.

İctimaiyyətdə qızların arıqlamaq üçün çay, dərmanlardan istifadə etdiklərini deyənlər də var. Samir İsayev bütün bunların yalan olduğunu söyləyib:

“Kanalların birində efirə gedən materialda bu kimi fikirlər vermişdilər. Lakin bu, yalan məlumatdır. Hər yoldan keçəndən bir fikir alırlar, o da ağzına gələni danışır. Yaxud da sosial şəbəkədə “layk” yığmaq üçün nə gəldi yazırlar. Başa düşmürlər ki, qohumları narahatdır. Biz ekspertizanın cavablarını gözləyirik. Bu zamana qədər bizimlə hansısa rəsmi şəxs maraqlanmayıb. Sadəcə olaraq, Qoşqar Təhməzlinin məlum açıqlaması var. Dəfn günü və səhəri deputatlar gəlmişdilər. Bir də 3 mərasimində rayonun icra nümayəndələri yas yerinə gəlib, bizimlə görüşdülər. Bundan qeyri kimsə bizimlə maraqlanmayıb. Hazırda da bir istəyimiz var, o da ekspertizanın cavablarının doğru-düzgün açıqlanmasıdır. Biz bilək ki, yaxınımızın başına nə gəlib. Öyrənək ki, o, hansı səbəbdən dünyasını dəyişib".

Tarix
2019.12.06 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla