Yuxarı

YAP-dan seçki açıqlaması: Ümid edirik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-dan seçki açıqlaması: Ümid edirik...

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcəklər.

"Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytinqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. Hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".

Tarix
2019.12.06 / 11:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla