Yuxarı

“Azercell” “İki cahan”ın təqdimatını keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azercell” şirkəti "Nəsimi ili” çərçivəsində dahi şairin yaradıcılığını yerli və xarici oxuculara daha da yaxından tanıtmaq, onu müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə yeni layihəsini təqdim edib.

Axar.az xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən “İki cahan" adlı təqdimat mərasimində Türkiyə səfiri Ərkan Özoral, Rusiya səfiri Mixail Boçarnikov, Niderland səfiri Onno Kervers, Moldova səfiri George Leuka, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tanınmış qiraətçi Xəzər Süleymanlı və digər mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, dahi şair Nəsiminin qəzəlləri üç dildə səsləndirilərək, “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənilib:
"Bu il ölkə başçısının sərəncamı ilə “Nəsimi ili” elan olunub. Hər zaman mədəni irsimizin qorunub saxlanması üçün müxtəlif layihələr və təşəbbüslər irəli sürən şirkətimiz bu dəfə şairin qəzəllərini 3 dildə səsləndirərək, sizlərə təqdim edir. Biz biznes strukturu olmağımıza baxmayaraq, belə bir layihəni dəyərləndirməyə bilmədik. Bu gündən etibarən şirkətimizin təqdim etdiyi “Bookmate” mobil tətbiqindən istifadə edən hər kəs dil daşıyıcıları tərəfindən səsləndirilən Nəsimi irsindən zövq ala bilər. Biz bundan sonra da mədəniyyətlə bağlı bir çox layihələr həyata keçirməyi planlaşdırırıq”.

Daha sonra xalq yazıçısı Anar çıxış edərək bildirib ki, bu layihə Nəsimi yaradıcılığı ilə maraqlanan həm yerli, həm xarici vətəndaşlar üçün olduqca əhəmiyyətlidir:

“Bu gün dünya inkişaf etdikcə ədəbiyyatın da müxtəlif şəkilləri ortaya çıxır. Kitab mədəniyyəti sıradan çıxmasa da, onun müxtəlif formalarda təqdimatı yaranır. Bu layihə də onlardan biridir”.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Nəsimini türk dünyasının ən böyük filosoflarından olduğunu qeyd edib:

“Nəsimi türk dünyasının bu günə qədər yaşamış ən böyük filosoflarından biridir. Əminəm ki, Nəsimi bundan sonra da yaşayacaq. Çünki onun ortaya qoyduğu fəlsəfə bizə dünyanı anlamağa kömək edir”.

Daha sonra çıxış edən layihənin iştirakçısı, tanınmış qiraətçi Xəzər Süleymanlı layihə çərçivəsində dahi şairin 40-a yaxın qəzəl və rübaisini səsləndirdiyini bildirib:

“Nəsimi poyezyası mükəmməl və zəngindir. O, dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə seçilən şəxsiyyətdir. Bu gün “Azercell”in Nəsimi yaradıcılığına həsr olunan bu layihəsində iştirak etdiyim üçün çox şadam. Hesab edirəm ki, bu təşəbbüs alqışa layiqdir”.

Tədbirin sonunda “Sığmazam” şeiri üzərinə hazırlanmış pantomima və şairin yaradıcılığına həsr olunmuş “İki cahan” videosu nümayiş etdirilib. Əməkdar artist Sevda Ələkbərzadənin ifasında isə musiqi parçaları dinlənilib.

Qeyd edək ki, şairin irsindən münunələr Teymur Nəcəfzadənin rəhbərlik etdiyi “Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə yazıya alınaraq mobil əlavəyə yüklənib.

Məlumat üçün bildirək ki, “Azercell”in güzəştli qiymətlə təqdim etdiyi “Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən oxumaq imkanı yaradır. “Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

Tarix
2019.12.06 / 23:54
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla