Yuxarı

Azərbaycandakı hərbi attaşelər toplandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı hərbi attaşelər toplandı - Foto

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov adından toplantı iştirakçılarını salamlayan idarə rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan Ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri haqqında ətraflı məlumat verib, növbəti ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının Duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi baş polkovnik Çjan Tsunqo həmkarları adından toplantının keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb.

Tarix
2019.12.07 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla