Yuxarı

Bakıda bu metrostansiya bağlanır – Uça bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu metrostansiya bağlanır – Uça bilər

Gələn il Bakı metrosunun "Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır.

Axar.az xəbər verir ki, bu barədə AYNA-ya Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var:

“Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır:

“Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.

Tarix
2019.12.07 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla