Yuxarı

Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı

Ötən gün Astara rayonunun Şiyəkəran kəndində 1 nəfərin ölməsi ilə nəticələnən yanğın hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanmış və oradan 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilmişdi.

İlkin araşdırmalar zamanı Cabir Əliyevin öldürüldüyü və daha sonra evin yandırıldığı üzə çıxıb. Belə ki, dekabrın 7-də ev sahibi Əliyev Sadiq Novruz oğlu C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Bu zaman S.Əliyev həmyerlisinə odun parçası və bıçaqla zərbələr endirərək onu öldürüb. Ev sahibi hadisədən bir gün sonra evdəki sobaya təpiklə zərbə endirib və yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər Cabir Əliyevin meyitini aşkarlayıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2019.12.09 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla