Yuxarı

Bu sahibkarlar mənfəət vergisindən azad olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahibkarlar mənfəət vergisindən azad olacaq

Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq.

Trend-in məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, bundan başqa, kiçik-orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur: "Onlar mənfəət və torpaq vergilərindən azad edilə bilər. Eyni zamanda, dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir.

S.Həsənova əlavə edib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş imkanlar var.

Nazir müavini bildirib ki, iqtisadi artımın sürətləndirilməsi, diversifikasiyanın sürətli getməsi qarşımızda duran ən əsas çağırışlardandır. Digər çağırışlar isə Azərbaycanda məşğulluğun təmin olunması, gənclərin layiqli məşğulluğunun təmin edilməsidir.

Tarix
2019.12.09 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla