Yuxarı

Ermənilərdən sərsəmləmə: "Ramili verin, əvəzində..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən sərsəmləmə: "Ramili verin, əvəzində..."

"Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır".

Modern.az xəbər verir ki, bu sərsəm tələbi Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi" David Babayan səsləndirib. O əlavə edib ki, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılması mümkün deyil:

"Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı".

Bundan öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik kəlbəcərli girovların Azərbaycana qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini deyib.

Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Daha sonra o, Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.

Tarix
2015.02.05 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla