Yuxarı

Bakının ən böyük Yeni il yolkası burada qurulacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ən böyük Yeni il yolkası burada qurulacaq

Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıdakı ən böyük Yeni il yolkasının qurulacağı yer məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumata görə, Bakının müxtəlif yerlərində yolkalar quraşdırılacaq:

"Rayon icra hakimiyyətləri tərəfindən Yeni il yolkaları Bakıdakı park və istirahət mərkəzlərində quraşdırılacaq. Bakının ən böyük yolkası isə bu dəfə Azneft dairəsində qurulacaq. Həmin yolkanın hündürlüyü 34 metr olacaq. Yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək".

Xatırladaq ki, ötən il Bakının ən böyük Yeni il yolkası paytaxtın Azadlıq meydanında quraşdırılmışdı. Yolkanın hündürlüyü 37 metr, diametri isə 16 metr idi.

Tarix
2019.12.09 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla