Yuxarı

Ermənilər kəndimizi gülləbaran etdi: evlər dağıldı, yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər kəndimizi gülləbaran etdi: evlər dağıldı, yaralanan var

Ermənistan Silahlı Qüvvələri ötən axşam Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan güclü atəşə tutub.

Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, kənd ötən gün saat 20 radələrindən başlayaraq 4 saat müddətində atəşə məruz qalıb.

Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva qolundan yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, düşmənin atdığı işıqsaçan güllə kənd sakini İsmayıl Nəbiyeva məxsus, 150 kvadratmetr sahəsi olan yaşayış evinə dəyərək yandırıb. Ev yanaraq yararsız hala düşüb.

İcra nümayəndəsinin bildirdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək ev ziyan görüb.

Azərbaycan ordusunun cavab atəşi ilə düşmən tərəfi susdurulub.

Tarix
2015.02.06 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla