Yuxarı

"Azercell"dən rəqəmsal Yeni İl kampaniyası!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə “Yeni İl Kampaniyası”na start verir. Belə ki, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır.

Axar.az xəbər verir ki, kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq "Azercell"in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvuk mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. "Azercell" abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.12.11 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla