Yuxarı

Komitə sədrindən axund və imamlara xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədrindən axund və imamlara xəbərdarlıq

"Hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət, eləcə də xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə, yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi Komitə olaraq müvafiq dini idarə ilə əlaqə saxlayırıq".

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək: "Hər hansı xırda təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq. Bu kimi nöqsanların qarşısını hüquq-mühafizə orqanları, eləcə də vətəndaşlarımız alacaq".

Komitə sədri əlavə edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur: "Orada axundlar və imamlar təyin olunur və onlar öz işini aparır. Eyni zamanda, Komitə tərəfindən qanuna əməl edilməsinə nəzarət olunur".

Tarix
2015.02.06 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla