Yuxarı

Heydər Əliyev silahsız halda gəldi və... - Siyavuş Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə millət vəkilləri, gənclər və media nümayəndələri iştirak edib.

Anım mərasimində çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycanın hər yerində Ümummilli lider Heydər Əliyev anılır:

“Heydər Əliyev haqqında müxtəlif kitablar yazılıb. Bundan sonra da yazılacaq. Heydər Əliyev göstərdi ki, hər bir şəraitdə vətənə xidmət göstərmək olar. İndi özünü demokrat adlandıranlar o vaxt qaçıb gizlənmişdilər. Amma Ulu öndər heç bir öhdəliyi olmadığı halda özünü qabağa verib, Azərbaycan xalqının yanında oldu.

O zamanlar milli-mənəvi dəyərlər ayaqlar altına atılmışdı. Gənclər çox dağınıq vəziyyətdə idi. Lakin Heydər Əliyev xalqı bir yerə toplaya bildi. Tək və silahsız halda Azərbaycan xalqının dəstəyi ilə ölkəyə gəldi. Azərbaycan müstəqillik əldə edəndə acınacaqlı durumda idi. Azərbaycan 15 respublika arasında müstəqilliyini elan edən 14-cü ölkə oldu. Baxın necə çətinliklə əldə etdik müstəqilliyimizi. İndi onu dağıtmaq istəyən insanlar var”.

S.Novruzov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan inkişafa doğru addımlayır.

Tarix
2019.12.12 / 13:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla