Yuxarı

“Azercell”dən 5G virtual oyunları və fotomüsabiqə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider mobil operator “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında bir ay ərzində həm supersürətli virtual oyunlar, həm də hədiyyəli müsabiqələr təqdim edir

Axar.az xəbər verir ki, Azercell Telekom ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur. Xatırladaq ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək.

Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən "Azercell" şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtial oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantını təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çoxsaylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər. Bütün bunlar "Azercell"in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.

Bundan əlavə, "Azercell" “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli "Azercell" heşteqi altında Feysbuk və İnstaqram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Müsabiqənin şərtləri ilə aşağıdakı səhifə vasitəsilə daha ətraflı tanış olmaq olar: www.azercell.com/musabiqe

Beləliklə, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının "Azercell" guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.12.12 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla