Yuxarı

Məmmədyarov latviyalı həmkarı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Edqars Rinkeviçs ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunuq ifadə olunub və gələcək inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər iqtisadi, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib, eləcə də Azərbaycan və Latviya arasında tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə ediblər.

Elmar Məmmədyarov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın olduğunu qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Edqars Rinkeviçs iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın ikitərəfli və çoxtərəfli müstəvilərdə münaqişənin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Edqars Rinkeviçs Latviyanın münaqişənin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan və Latviya xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib.

Daha sonra hər iki nazirin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə “Azadlıq” abidəsinin önündə əklil qoyma mərasimi keçirilib. Mərasimdə Latviya və Azərbaycan himnləri səsləndirilib.

Tarix
2019.12.12 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla