Yuxarı

“BP-Azərbaycan”da etirazlar başladı – Gərginlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“BP-Azərbaycan”da etirazlar başladı – Gərginlik

BP-Azərbaycan şirkətində kütləvi ixtisarlar etirazlara səbəb olub. İşlərini itirmiş bəzi əməkdaşlar "BBC Azərbaycanca"ya prosesin cəmi bir neçə gün ərzində başa çatdığını bildiriblər.

Azərbaycan qanunvericiliyinə əsasən ixtisarlara görə əmək müqaviləsi ləğv olunan işçilərə azı iki ay əvvəl rəsmi xəbərdarlıq verilməlidir. Amma bütün prosedurlar təxminən üç gün davam edib.

"10 dəqiqə əvvəl ixtisara düşdüyümü dedilər. Bəlkə də kimsə kiməsə deyirdi, amma məndə bu barədə məlumat yox idi və gözləmirdim də", - şirkətin sabiq işçisi Emin Məmmədov deyib.

Şirkətdən isə bildirilib ki, əmək müqavilələrinə xitam veriləcək işçilərin hər birinə ixtisarla bağlı ən azı iki ay əvvəldən xəbərdarlıq edilib.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, ixtisarlar barədə bildirişlər təzə verilib deyə hələ ki, ixtisarlar haqqında məhkəmə şikayətləri başlamayıb.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının proqnozlarına görə, 2015-ci ilin sonunadək "BP-Azərbaycan"da daha çox ixtisarlar ola bilər.

2014-cü ilin sonuna olan məlumata görə, "BP-Azərbaycan"da daimi işçilərin ümumi sayı 3467 idi: bunların 2992 nəfəri yerli, 475 nəfəri isə xarici vətəndaş olub.

Tarix
2015.02.06 / 23:56
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla